RU

Dəniz suyunda görünməyən təhlükə

Yazını böyüt
Yazını kiçilt

Yay aylarında Xəzərdəki duzluluq səviyyəsinin nisbətən aşağı olması, Vibrio bakteriyalarının çoxalması üçün əlverişli şərait yarada bilər

Türkiyəli həkimlər turistlərə vəba da daxil olmaqla ciddi xəstəliklərə səbəb ola biləcək təhlükəli “Vibrio” bakteriyasına yoluxma riski barədə xəbərdarlıq ediblər. Bu barədə “Milliyet” qəzeti İstanbuldakı “Florence Nightingale” tibb mərkəzinin mütəxəssislərinə istinadən məlumat yayıb.

Uroloq Uğur Aferinin sözlərinə görə, Vibrio parahaemolyticus və Vibrio vulnificus bakteriyalarının DNT-si Mərmərə, Egey və Aralıq dənizi sahillərində tapılıb. O izah edib ki, bu bakteriyalar ilıq duzlu suda çoxalır və onlardan biri olan Vibrio cholerae çirklənmiş dəniz suyu vasitəsilə orqanizmə daxil olur və şiddətli ishal və susuzlaşdırma ilə vəba xəstəliyinə səbəb olur. Türkiyədə vəba hallarına nadir hallarda rast gəlinsə də, yoluxma riski hələ də mövcuddur: “Vibrio bakteriyaları ilıq, duzlu sularda çoxalır. Xüsusilə vibrio vəbaları çirklənmiş dəniz suyunun qəbulu ilə mədə-bağırsaq traktına keçərək şiddətli ishal və susuzluğa səbəb olan vəba xəstəliyinə səbəb ola bilir. Türkiyədə vəba hadisələri nadir olsa da, risk sıfır deyil” .

Əlavə edib ki, Vibrio vulnificus kimi növlərin dəri ilə təması nəticəsində toxuma infeksiyalarına səbəb ola bilər və nadir hallarda “ət yeyən bakteriyalar” kimi tanınan nekrotizan fasiit kimi ölümcül vəziyyətlər inkişaf edə bilər. O, Aferin, çiy istiridyə kimi qabıqlı balıqların təhlükələrini də vurğulayıb. Bildirib ki, Vibrio parahaemolyticus istehlak edilən dəniz məhsulları ilə bədənə daxil olur və qarın ağrısı, qusma, ishal və qızdırma kimi əlamətlərlə özünü göstərə bilər. İmmunitet sistemi zəif olan insanlarda bu infeksiyalar qan dövranına keçərək sepsisə səbəb ola bilər.

Bəs, görəsən, Azərbaycan üçün risk varmı?

Mövzu ilə bağlı həkim-infeksionist Aytac Əliyeva bildirib ki,

Xəzər dənizi həm coğrafi, həm də ekoloji baxımdan artıq risk zonasına çevrilir:

“Son illər dəniz suyu temperaturunda artım müşahidə olunur. Xüsusilə yay aylarında Xəzərdəki duzluluq səviyyəsinin nisbətən aşağı olması, Vibrio bakteriyalarının çoxalması üçün əlverişli şərait yarada bilər. Düzdür, Azərbaycanda bu bakteriyaların yayılması ilə bağlı hələlik rəsmi faktlar yoxdur, lakin profilaktik tədbirlər gücləndirilməlidir. Xüsusilə dənizdə üzməzdən əvvəl bədəndə yara və ya kəsik varsa, həmin sahə mütləq qorunmalıdır. Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar daha diqqətli olmalıdırlar”.

Onun sözlərinə görə, yalnız dənizlər deyil, hovuzlar da mikroblar üçün ideal mühitdir:

“Xüsusilə uşaqlarda rotavirus, salmonella, shigella və s. kimi bakteriyalarla yoluxma hallarına tez-tez rast gəlinir. Dörd aylığa qədər olan körpələrin dənizə, altı aydan az olanların isə hovuza girməsi məsləhət deyil. Bu yaşlarda bədən nəzarəti zəif olduğu üçün, həddindən artıq su və istilik itkisi təhlükəsi var”.

Mütəxəssis vurğulayıb ki, sadə qaydalara əməl etməklə mövcud risklərin qarşısını almağın mümkündür:

“Yay fəsli olduğundan hər kəs dəniz kənarına dincəlməyə gedir. Vətəndaşlara tövsiyyə edirəm ki, açıq yara və ya dəri zədəsi ilə dənizə, hovuza girməsinlər. Çiy və yaxşı bişməmiş dəniz məhsullarından, xüsusilə istiridye və midye kimi qabıqlı canlılardan uzaq dursunlar. Dəniz və hovuzdan sonra dərhal duş qəbul etsinlər. İslanmış çimərlik geyimində uzun müddət qalmaqdan çəkinsinlər. Bundan başqa, uşaqlarda ishal və qusma varsa, onlar suya daxil edilməməlidir. Hər hansı infeksiya əlaməti qızdırma, qızartı, dəridə şişkinli müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır”.

Избранный
52
hafta.az

1Источники