RU

“Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüş zamanı iştirakçılar hüquq və onun mahiyyəti, hüququn əsas tənzimləmə sahələrindən biri olan əmək hüquq münasibətləri, bu münasibətlərin tərəfləri, əmək mübahisələri, onların növləri və həlli qaydaları ilə bağlı məlumat əldə ediblər.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.

Избранный
118
1
qht.az

10Источники