RU

"Beşiktaş"dan Rusiya klubuna

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Baxtiyor Zaynutdinov karyerasını Rusiya Premyer Liqasının təmsilçisi "Dinamo Moskva"da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Qazaxıstan millisinin üzvü artıq bu gün Moskva şəhərinə yola düşəcək və "ağ-göylər"lə transferinin rəsmiləşməsi üçün prosedurlara başlayacaq.

Xatırladaq ki, daha əvvəl Moskva "Spartak"ı Zaynutdinovun transferi üçün "Beşiktaş"a 3 milyon avro təklif etmişdi. Lakin İstanbul təmsilçisi futbolçu üçün 5 milyon avro tələb etdiyini bildirmişdi.

Baxtiyor Zaynutdinov 2023-cü ilin yayında Moskva ÇSKA-sından "Beşiktaş"a transfer olunmuşdu. Ötən mövsüm o, bütün turnirlərdə ümumilikdə 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Beşiktaş"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, 26 yaşlı müdafiəçinin bazar dəyəri hazırda 3 milyon avro təşkil edir.

Избранный
127
90deqiqe.az

1Источники