RU

Avropa Liqası: “Beşiktaş” bu gün Arda Turanın komandası ilə qarşılaşacaq

Bakı, 24 iyul, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki,Türkiyə təmsilçisi “Beşiktaş” bu raundda Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gələcək.

Görüş İstanbulda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.

 

Избранный
40
azertag.az

1Источники