RU

Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını bir qədər də artırıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan UEFA əmsallar cədvəlində 2025/26 mövsümündə topladığı reytinq xalını 0.500-ə çatdırıb.

Hafta.az xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin göstərdiyi nəticələr sayəsində mümkün olub.

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"u İrlandiyada darmadağın edib - 3:0. "Zirə" isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya "Hayduk"una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1.

Bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə "Qarabağ"ın ölkə aktivinə 0.250 xal, "Zirə"nin isə 0.125 xal gətirdiyi aydın olur. Daha 0.125 xalı isə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Sabah" Sloveniyada "Selye" ilə heç-heçə edərək qazanıb.

Hazırda 17.625 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyub. 28-ci yerdə olan Ukrayna 18.225 xal (bu mövsüm + 0.625), 30-cü yerdə olan Bolqarıstan isə 16.625 xal (bu mövsüm + 0.750) toplayıb.

Qeyd edək ki, əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.

Избранный
213
46
hafta.az

10Источники