RU

İstanbul nəhəngi özbəkistanlı istedadı transfer edir

Yazını böyüt
Yazını kiçilt

Moskvanın ÇSKA klubu və Özbəkistan millisinin hücumçusu Abbosbek Fayzullaev Türkiyənin "İstanbul Başakşehir" klubu ilə müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karpov "Telegram" kanalında yazıb.

Mənbənin xəbərinə görə, müqavilə "3+1" sxemini nəzərdə tutur. Forvard tibbi müayinədən uğurla keçib və İstanbulda transferin tamamlanmasını gözləyir.

Fayzullaev 2023-cü ilin avqustunda Daşkənd "Paxtakor"undan ÇSKA-ya keçib. Ötən mövsüm 21 yaşlı futbolçu moskvalıların heyətində 39 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Избранный
28
1
hafta.az

2Источники