BAKI, 24 iyul. TELEQRAF
Rusiyanın Amur vilayətində 46 nəfər olan An-24 sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib.
O qeyd edib ki, "Angara" aviaşirkətinə məxsus An-24 təyyarəsi Tında şəhəri yaxınlığında radarlardan itib.
"Təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 heyət üzvü olub",- qubernator deyib.