AZ

Rusiyada təyyarə qəzası I 49 nəfərin hamısı ölüb

Bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr məsafədə aşkar edilib. İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb. Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

Qeyd edək ki, “Rosaviasiya”nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

AzVision.az

Seçilən
108
10
azvision.az

10Mənbələr