"Araz-Naxçıvan" komandasını sabah ağır oyun gözləyəcək.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Müdafiəçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
Sabah bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.