Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xidmətin Mətbuat mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!
***
Unikal-ın məlumatına görə, hərbçimiz əslən Ağdaş rayonunun Ləki qəsəbəsindəndir.
O, Vətən Müharibəsi iştirakçısı olub. DSX-də müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.