Bakı.Trend:
Paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzərdənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanıməişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılmasıhalları aşkar edilib.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərəatdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşlarıtərəfindən inzibati tədbirlər görülüb.
Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktiktədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.