2025-ci ilin avqust-sentyabr aylarında bəzi bürcləri həm sevgi, həm də evlilik baxımından uğurlu dövr gözləyir. Ulduzlar bu bürclərə yeni münasibətlər, ciddi qərarlar və bəxtaçan hadisələr vəd edir. Metbuat.az həmin bürcləri təqdim edir: 1. Xərçəng Bu bürc üçün ailə dəyərləri və bağlılıq hər zaman önəmlidir. Yayın sonu Xərçəng bürcləri üçün xüsusi enerjilərlə dolu olacaq. Uzun müddət gözlədikləri “doğru insan”la ciddi münasibətlərə addım atacaq və evlilik planları quracaqlar.2. Qız Səliqəli, planlı və ehtiyatlı Qızlar artıq ürəklərinin səsini dinləyəcəklər. Avqust-sentyabr aylarında Qız bürcündə doğulanlar uzun zamandır davam edən münasibətlərini rəsmiləşdirmək qərarına gələ bilər.3. Əqrəb Gözlənilməz amma bir o qədər də dərin sevgi münasibətləri Əqrəbləri gözləyir. Ulduzlar bu bürc üçün sürpriz evlilik təklifləri və səmimi yaxınlaşmaların siqnalını verir.4. Balıqlar Romantik və hissiyyatlı Balıqlar üçün tale yeni başlanğıclar hazırlayır. Onların həyatına daxil olacaq şəxs həm dost, həm də həyat yoldaşı rolunu oynaya bilər. Bu dövrdə evliliklə bağlı xəbərlər almaq ehtimalı yüksəkdir.