RU

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Başİdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçünən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilənkiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.

Trend xəbərverirki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuzmüdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edənBakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərəksaxlanılıb.

H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarındanibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsiilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğusistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqlahəmin serverlərə daxil olub.

Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdəyaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışaçıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzluşəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədəinformasiyanı pul müqabilində sata biləcəyi barədə reklamxarakterli elanlar da yerləşdirib.

Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onuntopladığı fərdi məlumatlar və müvafiq onlayn informasiyasistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindənaradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizasınəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxiləetmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlbolunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraqbaxılması üçün məhkəməyə göndərilib.

H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərində saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları iləbirgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Избранный
34
48
az.trend.az

10Источники