ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər digər avtomobillərə maneə yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 4-də, paytaxtın Ceyhun Səlimov küçəsində qeydə alınıb.
Yolun kənarında boş yerlərin olmasına baxmayaraq, sürücülər qayda pozmağı üstün tutublar. Belə ki, 99-CR-650 qeydiyyat nişanlı "Toyota Prius" markalı, 77-QS-124 qeydiyyat nişanlı "Mercedes" markalı və 77-FV-632 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin sürücüləri ikinci cərgədə dayanma-durma qaydasını pozublar.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.