RU

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır. Gəzinti təkcə fiziki formada qalmağa deyil, həm də immunitetin güclənməsinə və ömrün uzanmasına kömək edir.

Milli.Az xəbər verir ki, britaniyalı alimlərin 86 min nəfərin məlumatları əsasında apardıqları geniş araşdırma göstərib ki, səhər saat 8-dən axşam 6-ya qədər müntəzəm fiziki aktivlik bağırsaq xərçəngi riskini 10 faizədək azalda bilər. Araşdırmaya görə, fiziki hərəkətlik zamanı bədəndə şiş əleyhinə hüceyrələr aktivləşir, bu da xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

Mütəxəssislərin sözlərinə görə, gündəlik yerimək yalnız kalori yandırmaqla kifayətlənmir, həm də immun sistemində xərçəngə qarşı mübarizə aparan hüceyrələri aktivləşdirir. Axşam yeməklərindən sonra gəzintilər həm də həzmi asanlaşdırır, qan şəkərini tənzimləyir və təzyiqin aşağı salınmasına yardım edir.

Araşdırmalar sübut edib ki, gündə sadəcə 30 dəqiqə sürətli gəzinti ürək-damar sağlamlığını qorumaq, artıq çəkidən xilas olmaq və həyat müddətini artırmaq üçün olduqca faydalıdır. Xüsusilə 60 yaşdan yuxarı şəxslər üçün hətta gündəlik 10 dəqiqəlik gəzinti belə qadınlarda 11 ay, kişilərdə isə 17 ay daha uzun ömür vəd edir.

Milli.Az

Избранный
45
2
milli.az

10Источники