Bakı, TurkicWorld
Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq tarixi maksimuma - 77,7 milyard ABŞ dollara çatıb.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,2 milyard səviyyəsində formalaşıb.