RU

Ukrayna bu halda torpaqlarını azad edə bilər -

“Azərbaycan istər humanitar, istərsə də yanacaq yardımları baxımından Cənubi Qafqazda Ukraynaya ən çox yardım edən ölkədir”. Bunu Metbuat.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib. O, bunun əsas səbəbini həm keçmişdəki tarixi bağlarımız, həm də işğala məruz qalmış bir ölkə kimi Ukraynaya həmrəylik nümayiş etdirməyimizdə görüb: “Bu dəstək, böyük ehtimalla, bundan sonra da davam edəcək. Fikrimcə, Ukrayna bu işğalla barışmayacaq və proses atəşkəs sazişi ilə müvəqqəti dayandırılacaq. Donald Trampın da yanaşması bu istiqamətdədir. Bu mənzərəni Azərbaycan–Ermənistan arasında olan atəşkəslə müqayisə etmək olar: atəşkəs olsa da, Azərbaycan öz gücünü bərpa etdi və lazımi anda əməliyyatlara başlayaraq ərazilərini azad etdi. Ukrayna da gələcəkdə, zəifləmiş Rusiya və daha iradəsiz bir Rusiya rəhbərliyi fonunda torpaqlarını azad edə bilər”. Politoloqun sözlərinə görə, bu gün üçün Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməsi çətin görünür, amma gələcəkdə bu mümkündür.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
19
1
metbuat.az

2Источники