RU

Xankəndidən verilən mesaj- Trampın gecikməyən reaksiyası

“Ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumu nəinki Azərbaycanın yürütdüyü xarici, daxili siyasətinin, bugünkü qlobal informasiya savaşlarında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  çox ciddi bir platformaya çevrilib. Cənab Prezident İlham Əliyev Forum vasitəsi ilə dünyanın ən müxtəlif ölkələrindən iştirak edən media təmsilçilərinin istər Azərbaycanla, istərsə də beynəlxalq aləmdə baş verən proseslərlə bağlı suallarını çox aydın  şəkildə cavblandırır. Bunun nəticəsidir ki, artıq Şuşa Qlobal Media Forumu  nəinki  dünya mediasının, o cümlədən dünyanın ən aparıcı ölkə liderləri tərəfindən diqqətlə izlənilən bir platforması kimi qəbul edilir. Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu  da   dünyanın diqqət mərkəzində olan  və ciddi əks-reaksiya verən bir tədbir oldu.   Dünya mediası, politoloqlar, analitiklər III Şuşa Qlobal Media Forumunda cənab prezident İlham Əliyevin verdiyi mesajları geniş müzakirə ediblər və etməkdədirlər. 

ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi “Truth Social” hesabında paylaşması  isə bunun bariz nümunsəidir.  trampın belə bir paylaşım etməsi isə təsadüfi və sadə jest deyil. Bu,  cənab Prezident İlham Əliyevin  beynəlxalq miqyasda  ciddi siaysi lider kimi qəbul olunması, həm qlobal proseslərə açıq formada  dürüst cavab verməsi kimi dəyərləndirmək lazımdır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Prezident İlahm Əliyevin yürütdüyü siyasətdə milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutduğunu qeyd edən deputat əlavə edib ki, bununla belə Azərbaycan maraqları ilə yanaşı, qonşuların da maraqları nəzərə alınıb: “Bu da  Azərbaycanın sülhsevər,  mehriban qonşuluq münasibətlərinə üstünlük verən və əməkdaşlıqda maraqlı olduğunu göstərən amildir. Bununla bağlı cənab Prezident İlham Əliyev Forumda çıxışında deyib ki,  öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq lazımdır. “Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır”, - cənab Prezident qeyd edib.

Ümumiyyətlə İkinci Qarabağ savaşından sonra Azərbaycan yaratdığı yeni reallıqların  tələbinə və çağırışlarına uyğun siyasət həyata keçirməkdədir. Bu siyasət təkcə Cənubi Qafqazda deyil.

Eyni zamanda daha geniş coğrafiyada  dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatlaırnın yaranmasına xidmət edir. Artıq bu istiqamətdə  ciddi uğurlara imza atılıb. Bunun nəticəsidir ki, Azərbaycan Qərblə Şərq, Şimalla Cənub arasında bir əməkdaşlıq qovşağına çevrilib.  Prezidetn İlham Əliyev Forumda çıxışında çoxşaxəli regional əməkdaşlığa toxunaraq deyib ki,  bu təkcə Cənubi Qafqazı əhatə etmir və daha geniş coğrafiyanı əhatə edirik. “Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır”, - Prezident qeyd edib.

Bu isə onu  sübut edir ki, cənab Prezident İlham Əliyevin əsas  hədəfi təkcə Azərbaycan deyil,   Cənubi Qafqazla yanaşı, daha geniş coğrafiyanın tərəqqisinə nail olmaqdır.  

Prezident bununla bağlı deyib: “Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var”.

Əminliklə  qeyd edə bilərik ki, cənab Prezidentin yürütdüyü bu siyasət uğurla nəticələnəcək.
Forumda dünyanın ən çox diqqət yetirdiyi digər məsələ ukraynalı jurnalistin sualına cavab olaraq “işğal faktı ilə razılaşmayın” bəyanatıdır. Cənab Prezidentin bu bəyanatı təkcə Ukraynaya şamil etmək düz deyil. Bunu Azərbaycanın neokolonolist siyasətə qarşı olması və bütün  böhranlaırn ancaq və ancaq ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunun bariz nümunəsidir. 

Forumda verilən mühüm mesajlardan biri İrəvanla  sülh sazişin şərtləri və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.  Mesaj ondan ibarət idi ki, Ermənistan konstitusiyasına dəyişiklik etmədən,  ATƏT-in  Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizi açılmadan bölgədə dayanıqlı sülh, sabitlik və sıx inteqrasiya olunmuş əməkdaşlıq münasibətləri mümkün deyil.  

Forumda səslənən mühüm mesajlardan da biri ABŞ prezidenti Donald Trampın dəstəyi ilə yaxın zamanda Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsində rolu barədə idi. Təbii ki,  Prezident  İlham Əliyevin bu mesajı Ağ Ev rəhbəri Donadl Tramp tərəfindən də çox müsbət reaksiya ilə qarşılandı və  çıxış  rəsmi “Truth Social” hesabında paylaşıldı. Trampın bu paylaşımı Azərbaycan-ABŞ münasibətlərində liderlərarası etimad və yeni strateji üfüqlərin yaranmasına  geniş imkanlar açır.  Bu,  həm də post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır. Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. 

ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər. Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. 

Trampın mesajını həm də Prezident İlham Əliyevə dünyanın supergüc ölkəsinin başçısı tərəfindən verilən dəyər və yeni dünya lideri timsalında qəbul edilməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Təbii ki, cənab Prezidentin Forumdə səsləndirdiyi bəzi mesajlar bir çox ölkələri və mərkəzlərini əsassız şəkildə  narahat edib. Amma onlar anlamalıdırlar ki,
 Prezident İlham Əliyevin  yürütdüyü siyasət dünyada beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sülh, sabitliyə,  təhlükəsiliyə, sıx əməkdaşlıq formaltlarının yaranmasına xidmət edir. Yürüdülən bu siyasət də  uğur qazanacaq”.

Mürtəza

Избранный
15
19
olke.az

9Источники