RU

Avropadan yeni təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək FK “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Избранный
21
49
sportinfo.az

10Источники