AZ

Messi diskvalifikasiya oluna bilər - Burada iştirakdan imtina edib

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri ESPN-ə istinadən məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər.

MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.

Messi bu mövsüm “İnter Mayami”nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib.

phrase_var_article.chosen
34
14
sportinfo.az

10phrase_var_article.sources