RU

Yəməndən İsrailin Ben-Qurion aerportuna hipersəs raketi buraxılıb

Bakı. Trend:

Yəməndə “Ənsar-Allah” hərəkatına aid husi döyüşçülər İsrailinTəl-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanına səs sürətiniüstələyən ballistik raketlə zərbə endirib.

Trend xəbər verirki, bu barədə “Al Masirah” telekanalı hərəkatın sözçüsü YəhyaSariaya istinadən məlumat yayıb.

Husilərin sözçüsü zərbənin öncədən təyin olunmuş hədəfə tuşgəldiyini əmin edir.

“Raket qüvvələri unikal hərbi əməliyyat keçirərək, Lodaeroportuna (Ben-Qurion nəzərdə tutulur- red.) “Fələstin-2”hipersəs ballistik raketi ilə hücum ediblər”, -deyə Sariatelekanalın efirində bildirib.

Bu arada, İsrail Müdafiə Qüvvələri (İDF) Yəməndən atılmışballistik raketin hava hücumlarından müdafiə sistemi tərəfindənsəmada zərərsizləşdirildiyini açıqlayıb. Zərərçəkənlər vədağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Избранный
42
15
az.trend.az

10Источники