RU

Masallıda əməliyyat: 39 kq narkotik aşkarlandı -VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunda keçirilən əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, R.Abdullayevdən 39 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
11
50
senzor.az

10Источники