Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı Əməkdar artist Lalə Məmmədova olub.
Verilişdə müğənni şəxsi həyatında yaşadığı nakam hisslərdən söz açıb.
"Həyatda yaxşı kişinin qızı olmaq da bir şansdır" deyən Əməkdar artist övladlarına bu hissi yaşada bilmədiyinə görə təəssüfləndiyini vurğulayıb.
O, efirdə yayımlanan bayağı musiqilərdən və belə ifaçılardan narazılığını da dilə gətirib:
"Bayağı musiqi ifa edə bilmirəm. Auditoriyam da belə mahnıları sevmir. Bu tip musiqilər həmişə olub, amma əvvəllər efirlərdə indiki kimi təbliğ olunmurdu. İndi həmin ifaçılara baxıb gülürəm. Özlərini ağbirçək, ağsaqqal kimi aparmağa başlayıblar. Mənim 400-dən çox mahnım var və onların arasında bir dənə də olsun təsadüfi ifa yoxdur. Buna görə vicdanım tam rahatdır".
Ətraflı süjetdə:
Lalə Məmmədova bayağı musiqi ifa edənlərdən DANIŞDI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.