Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib. Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb:
"Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram. Mübarizə üsulum da dilimdir. Kimsə də deməsin ki, öz işinlə məşğul ol. Mənim işim vətənim, xalqımdır. Özüm üçün nəsə istəmirəm. Mən balalarım, nəvələrim, gələcəyimiz üçün danışıram. Yaxşı deyək ki, mən keçmiş fikirli adamam. Bəs, sən kimsən? Bunlar heç kimin acığına gəlməsin. Bunlara cavab tapmaq istəyirəm.
Bəzi müğənniləri efirə buraxanlara da lənət olsun. O vaxt da bu, var idi. Amma onlar yaxalarından şüar asmırdılar. Onların mədəniyyəti, tərbiyəsi, qabilliyəti olub, kimin yanında necə danışmağı biliblər. Amma indi ağızlarına gələni danışırlar. Gəlirlər, nələri var danışırlar. Qadın danışır, kişi ağlayır ki, gəl, gedək evimizə. Ay bala, iki həftədir bu adam evdə yoxdur. 5 uşağı da qoyub gedib, haraya gəlsin?
10Mənbələr
-
oxu.azLalə Məmmədova bayağı musiqi ifa edənlərdən DANIŞDI ( 19540688)
-
demokrat.az"Əvvəllər bayağı mahnılar bu səviyyədə efirdə təqdim olunmurdu" ( 19538804)
-
axsam.azEfirdə bayağı mahnılar bu səviyyədə təqdim olunmurdu ( 19529663)
-
yenisabah.az“Nə rusam, nə iranlıyam...” sosial şəbəkədə anti Azərbaycan dalğası doğurdu ( 19517465)
-
milli.az"O, hələ gün işığı görməyib" ( 19434602)
-
demokrat.az"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar" ( 19431191)
-
bizim.media"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar" ( 19430621)
-
sfera.az"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar" ( 19430576)
-
milli.az"Elçin mənim mükafatımdır" ( 19428083)
-
olke.az"Elçin mənim mükafatımdır" ( 19427126)