“Qalatasaray” hücum xəttində dəyişiklik etməyə başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, klub “Napoli”dən Viktor Osimheni transferini tamamladıqdan sonra Alvaro Moratanı “Komo” klubuna göndərməyə hazırdır.
İstanbul klubu və “Napoli” arasında Osimhenin transferi üçün 75 milyon avro və gələcək satışdan 10% pay razılaşdırılıb.
Eyni zamanda, Morata “Komo” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib və “Qalatasaray”ın ispaniyalı hücumçunun keçidinə bu gün, iyulun 21-də icazə verməsi gözlənilir.
Transferin rəsmiləşməsi üçün Moratanın “Milan”la olan icarə müqaviləsinin ləğvi tələb olunur.
Bu addım “Qalatasaray”ın hücum xəttini yeniləmə siyasətinin tərkib hissəsidir və klub Osimheni yeni əsas forvard kimi görür.