RU

Fransa Ukraynada dron istehsalına investisiya qoya bilər

Fransa Ukraynada dron istehsalına investisiya qoymaq istəyir.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiha ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, o, Ukrayna pilotsuz təyyarələrinin istehsalını öz gözləri ilə görüb və yenilik səviyyəsinə heyran qalıb.

"Biznes liderləri ilə söhbətlər zamanı hiss etdim ki, qarşılıqlı maraq var. Bu yaxınlarda bir fransız şirkəti Ukraynanın pilotsuz təyyarə istehsalçıları ilə əməkdaşlıq haqqında məlumat verdi. Bizim müdafiə sənayesi nazirimiz Ukraynaya səfər edib və yerli şirkətlərlə görüşüb. 200 görüş keçirilib ki, bu da hər iki tərəfin əməkdaşlığın sürətləndirilməsinə və Ukraynada pilotsuz təyyarələrin birgə istehsalına hazır olduğunu göstərir", - fransalı nazir bildirib.

QAZİLER.AZ

Избранный
11
9
qaziler.az

10Источники