RU

G7 ölkələrinin səfirləri Ukraynada: “NABU əməkdaşlarının həbsi bizi ciddi narahat edir” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

G7 ölkələrinin Ukraynadakı səfirləri Milli Antikorrupsiya Bürosu (NABU) əməkdaşlarına qarşı aparılan istintaq və onların saxlanılması ilə bağlı narahatlıq ifadə ediblər.

KONKRET.az xəbər verir ki, “Böyük yeddilik”in səfirləri yayımladıqları birgə bəyanatda bildiriblər ki, NABU-da baş verən son hadisələri diqqətlə izləyirlər.

“Bu gün biz NABU nümayəndələri ilə görüş keçirdik. Əməkdaşlarına qarşı irəli sürülən ittihamlar və istintaq tədbirləri bizi ciddi şəkildə narahat edir. Hökumət nümayəndələri ilə bu məsələləri müzakirə etməyə hazırlaşırıq”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, bu gün Ukraynada bir neçə NABU əməkdaşı müxtəlif cinayətlərdə şübhəli bilinərək saxlanılıb. Hadisə ölkədə korrupsiya ilə mübarizə institutlarına beynəlxalq dəstək fonunda baş verib və geniş rezonans doğurub.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
50
konkret.az

10Источники