AZ

“Aris”in baş məşqçisi Elmar Baxşıyevi qabaqlayacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq.

İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev və bir futbolcunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 19:00-da başlayacaq. Saat 19:30-da məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.

Seçilən
39
30
msport.az

10Mənbələr