RU

Birjalarda neftin qiyməti ucuzlaşdı

Birjalarda neftin qiyməti ucuzlaşıb.

Bakupost.az xəbər verir ki, buna səbəb Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaların təchizatlara minimal təsir edəcəyi gözləntisi və ABŞ-də tariflərin tələbatla bağlı narahatlıqları artırmasıdır.

"Brent" markalı neftin sentyabr fyuçersləri 0,51 dollar və ya 0,74% ucuzlaşaraq bir barel üçün 68,81 dollara düşüb. Eyni zamanda, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri 0,46 dollar və ya 0,70% azalaraq 65,61 dollar olub.

Qeyd edək ki, Avropa İttifaqı cümə günü Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib. Bu paket çərçivəsində Rusiya xam neftindən emal olunan neft məhsullarını ixrac edən Hindistanın “Nayara Energy” şirkəti də sanksiya siyahısına daxil edilib.

Xatırladaq ki, 24 iyunda İsrail-İran müharibəsində atəşkəs əldə olunduqdan sonra "Brent" markalı neftin qiyməti bir barel üçün 66,34 dollarla 71,53 dollar arasında dəyişib.

"Cebheinfo.az" 

Избранный
21
50
cebheinfo.az

10Источники