RU

Bibiheybətdə ölümlə bitən motosiklet qəzası

Bibiheybət qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az avtosfer.az-a istinadla xəbər verir ki, qəza iyulun 20-də gecə saatlarında qeydə alınıb.

Hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb. Şahidlərin sözlərinə əsasən, qəzaya səbəb sürücünün işıqforun qırmızı işığında hərəkət etməsi olub. Sükanı buraxan sürücü qadın sərnişinlə birgə yola yıxılıb. Bir müddət öz-özünə hərəkət edən motosiklet daha sonra dəmir maneəyə çırpılaraq aşıb. Toyuqlu pizza

Aldığı zərbənin təsirindən sərnişin - İnci adlı gənc qız hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan sürücü isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun ayaqları amputasiya olunub və hazırda reanimasiyadadır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
32
33
yenisabah.az

10Источники