RU

Xırdalanda ağır qəza: “Mercedes” avtobusa girdi, sürücüsü möcüzəvi şəkildə sağ qaldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalan şəhərində ağır yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 19-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 50-EU-578 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın, sərnişin avtobusuyla toqquşub. İddialara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yüksək zərbəylə avtobusa çırpılan maşın tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb. Sükan arxasına sıxışmış sürücü yaxınlıqda olan vətəndaşların köməyi ilə maşından çıxarılıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
8
avtosfer.az

10Источники