“Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır”. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Həqiqətən də möhkəm təməl, iki ölkənin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir”, - deyə Kreml sözçüsü bildirib. Peskov bu gərgin dövrün bitəcəyinə ümid etdiyini dilə gətirib. Bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта