RU

"Rusiya tərəfi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasında məsuliyyəti hələ də rəsmi şəkildə etiraf etmir" - AÇIQLAMA

"Rusiya tərəfi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasında məsuliyyəti hələ də rəsmi şəkildə etiraf etmir" - AÇIQLAMA"Rusiya və Azərbaycan arasında münasibətlər çətin dövrünü yaşayır, lakin Moskva bunun başa çatacağına ümid edir" - bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Münasibətlərin həqiqətən də möhkəm təməli var. İki ölkənin maraqları üst-üstə düşür, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən münasibətlərdə çətin dövrlər yaşanır. İndi belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - о jurnalistlərə bildirib.

"Rusiya tərəfi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasında məsuliyyəti hələ də rəsmi şəkildə etiraf etmir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Prezident İlham Əliyev bu məsələdə Rusiya rəsmilərindən cavab almamaqla bağlı narahatlığını açıq şəkildə ifadə edib və hadisənin təfərrüatlarının artıq Azərbaycan tərəfindən müəyyənləşdirildiyini vurğulayıb. Ölkə başçısı bildirir ki, Azərbaycanın tələb etdiyi əsas məsələlər – təyyarəni vuranların cəzalandırılması, qurbanların ailələrinə və AZAL-a təzminat ödənilməsi – tam hüquqi əsaslara əsaslanır. Azərbaycanın mövqeyi açıqdır: hadisəni Moskva etiraf etməli, məsul şəxslər müəyyənləşdirilərək qanuni cəzalarını almalıdır. Təyyarə qəzası ilə bağlı Rusiya tərəfinin hələ də susqunluğu münasibətlərin qarşıdakı mərhələsində müəyyən gərginliklər yarada bilər. Lakin Azərbaycan bu məsələdə hüquqi yollara üstünlük verərək beynəlxalq məhkəmələrə müraciət etməyə hazırlaşır. Ölkə rəhbəri hadisənin siyasi manipulyasiyalara səbəb olmaması üçün təmkinli davranmağı davam etdirir. Azərbaycanın məqsədi yalnız ədalətin bərpası, həlak olanların xatirəsinin hörmətlə yad olunması və hüquqi məsuliyyətin təmin olunmasıdır. Bu baxımdan, Rusiya ilə ikitərəfli münasibətlərin normallaşması və əməkdaşlığın təzələnməsi üçün hadisənin tam və obyektiv şəkildə araşdırılması gərəkdir. Azərbaycanın qəti mövqeyi də bunu tələb edir ki, məsələ heç bir durumda unudulmasın və hüquq çərçivəsində həll olunsun. Beləliklə, hazırkı vəziyyətdə Azərbaycanın hüquqi və siyasi tələb etdiyi addımların Moskva tərəfindən dəstəklənməsi qarşılıqlı hörmət və əməkdaşlıq üçün vacib şərtdir".

Çiçək Sadatova

Избранный
18
50
sonxeber.az

10Источники