AZ

Rusiyada Azərbaycan əleyhinə daha bir çağırış: “Sevgi bitdi”

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Bakı Moskvanın etibarlı müttəfiqi statusunu tam şəkildə itirib.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsinin rəhbəri Kirill Kabanov bildirib.

O, “Telegram” kanalında xatırladıb ki, Azərbaycan son aylarda bir sıra "düşməncəsinə addımlar" atdığını iddia edib. Pepperoni pizza

Kabanovun sözlərinə görə, Rusiya “Azərbaycan diasporları ilə əlaqəsi olan kriminal strukturların nümayəndələri”ni saxlamağa başlayıb, lakin bununla yanaşı, rəsmilər “dostluq” haqda danışmağa davam ediblər.

Milli Komitənin rəhbəri "Azərbaycanın açıq şəkildə anti-Rusiya ritorikası nümayiş etdirdiyi" və “Rusiyanın düşmənləri”nə dəstək verdiyini bildirib.

O, həmçinin Azərbaycanla bütün maliyyə və iqtisadi əlaqələrə dərhal yenidən baxılmasına, Azərbaycanın biznes strukturlarının və Rusiyadakı diasporalarının təsirinin məhdudlaşdırılmasına və “əbədi dostluq illüziyalarından” imtinaya çağırıb.

“Sevgi bitdi... artıq eyni yolun yolçusu deyilik”, - deyə Kabanov yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
13
yenisabah.az

10Mənbələr