BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin iyun ayında Qırğızıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq, 2 milyon 247 min 32 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qırğızıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 15 milyon 645 min 41 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 3 milyard 408 milyon 167 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 30,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 39 milyard 495 min 509 dollar məbləğində avtomobil ixrac edib.