İngiltərə Birinci Futbol Liqasının təmsilçisi “Luton Taun” yeni ekoloji tələblərə cavab verən futbol geyim dəsti buraxıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Futbol geyim dəstinin fərqli xüsusiyyəti dəstin emalına ekoloji yanaşmadadır.
Müvafiq futbol geyim dəsti ekoloji geyimlərin istehsal üzrə ixtisaslaşmış “Reflo” şirkəti tərəfindən istehsal edilib. Bu geyim dəsti 100%-lik yenidən emal edilmiş poliesterdən hazırlanıb və tamamilə yenidən emal edilə bilər. “Şlyapaçılar”ın belə bir geyim dəsti seçməsinin səbəbi ekoloji amillərlə bağlıdır. Belə ki, il ərzində zibilxanalarda 92 milyon ton toxuculuq məmulatı toplanır ki, bunların təkrar emalı məsələsi ekoloji tələblərə dayanır.
Məmulatların yenidən emalı isə materiallara yeni həyat verir.
Xatırladaq ki, “Luton Taun” 2024/2025-ci illər mövsümündə İngiltərə Çempionşipini 22-ci yerdə başa vurararaq, İngiltərə Birinci Futbol Liqasına yuvarlanıb.
