RU

Banqladeşdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb

Pekin, 21 iyul, AZƏRTAC

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin paytaxtı Dəkkədəki kollecin binasına çırpılıb.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Qəza nəticəsində azı 19 nəfər ölüb, uşaqlar da daxil olmaqla 50-dən çox insan yanıq xəsarətləri alıb.

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
34
8
azertag.az

10Источники