RU

Xalq artisti Ramiz Məlik vəfat edib

Xalq artisti Ramiz Məlik vəfat edib.  
Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.   O bu gün səhər saatlarında vəfat edib.   Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi.   Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.   1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.   1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

Saglamolun.Az





Избранный
25
50
saglamolun.az

10Источники