Xalq artisti Ramiz Məlik vəfat edib
Xalq artisti Ramiz Məlik vəfat edib. Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. O bu gün səhər saatlarında vəfat edib. Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi. Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.