İspaniya klubu "Real Madrid" "Mançester Siti"nin 29 yaşlı ispan yarımmüdafiəçisi Rodrini transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Dizindəki zədə səbəbindən 9 ay futboldan uzaq qalan Rodri ötən mövsümün sonunda meydana qayıdıb və əvvəlki formasını bərpa edir.
Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır.
İngiltərə klubu Rodrinin transferindən ən azı 80 milyon avro gözləyir.