AZ

"OPEC+"un iclası iyulun 28-də keçiriləcək

"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası iyulun 28-nə planlaşdırılıb.

Operativ Media bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, bu görüşlər adətən iki aydan bir keçirilir.

Nazirlərin monitorinqinin sonuncu iclası mayın 28-də, "OPEC+"un nazirlərinin ümumi iclası ilə eyni gündə baş tutub.

"OPEC+" nazirlərinin monitorinq komitəsi adətən neft hasilatı ilə bağlı heç bir qərar qəbul etmir. Bununla belə, o, tövsiyələr verə və lazım gələrsə, bütün "OPEC+" nazirlərinin növbədənkənar iclasını çağıra bilər.

 

Gözəl Azadəliyeva

Seçilən
46
50
operativmedia.az

10Mənbələr