RU

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama


“Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regiondakı digər ölkələrə də fayda verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Türkiyə bu dəhlizi coğrafi-iqtisadi baxımdan son dərəcə əhəmiyyətli bir məsələ hesab edir:
“Bu dəhliz regionumuzun sərhədlərindən kənardakı coğrafiyaları da bir-birinə bağlayacaq və ticarəti canlandıracaq. Əsas gözləntimiz odur ki, dəhliz mübahisə predmeti deyil, razılıq və anlaşma simvoluna çevrilsin. Bu sayədə region əməkdaşlığın üstün gəldiyi bir rifah məkanı olacaq”.
Region ölkələri olaraq bu məsələnin razılıqla həll ediləcəyinə inandıqlarını vurğulayan Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir:
Избранный
5
22
yeniavaz.com

10Источники