Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 3 ünvanda minib- düşmə yeri yaradılıb.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məluymat yayıb.
Həmin ərazilər aşağıdakılardır:
Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında
Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında
8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində)