RU

"Euronews" baş direktoru Azərbaycanda süni intellektin inkişaf səviyyəsini yüksək qiymətləndirib

Şuşa, TurkicWorld

Azərbaycanda insanların süni intellekt sahəsində bu qədər önə getməsi məni təəsirləndirdi.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bunu "Euronews" baş direktoru Klaus Ştrunz III Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda süni intellektin inkişafı sahəsində məqsədlərin müəyyən olunması istiqamətində genişmiqyaslı dövlət kampaniyasına start verilib və bu prosesdə iki-üç əsas mərhələni fərqləndirmək olar.

"Birinci mərhələ – ən yaxşılardan öyrənməkdir. Mən tam əminəm ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək, çünki burada insanlar çox açıqdırlar, enerji ilə doludurlar və yeniliklərə böyük maraq göstərirlər", – deyə o qeyd edib.

"Daha sonra ən vacib elementləri öz ehtiyaclarına və inkişaf xüsusiyyətlərinə uyğunlaşdırmaq lazımdır. Və nəhayət, ən yaxşıların təcrübəsindən öyrəndikdən sonra, gələcəkdə elə yaxşıların sırasına qoşulmaq. Bu, bir növ, ən qısa yoldur", – deyə Ştruntz əlavə edib.

Избранный
19
50
turkic.world

10Источники