RU

Şuşada sosial medianın cəmiyyətə təsiri müzakirə olundu

III Şuşa Qlobal Media Forumu çərçivəsində “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” mövzusunda panel müzakirəsi keçiilib.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, müzakirələrdə LinkedIn, TikTok, Google və YouTube kimi aparıcı qlobal platformaların nümayəndələri və ekspertləri iştirak ediblər.

Panel sessiyası müasir dövrdə informasiya istehlakı modellərinin dəyişməsi, məlumatla münasibət formalarının transformasiyası və rəqəmsal səs-küy fonunda cəmiyyətin üzləşdiyi çağırışlar baxımından dərin analiz məkanı olub. Panel iştirakçıları süni intellekt və platforma alqoritmlərinin ictimai rəyə təsiri, dezinformasiyanın sürətli yayılması təhlükəsi və bu kontekstdə tənqidi düşüncə və media savadlılığının artırılmasının vacibliyi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Избранный
14
20
teleqraf.com

10Источники