Rusiya paytaxtı Moskva şəhərini və Moskva vilayətini su basıb.
Bu barədə Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir.
Mənbə qeyd edir ki, Moskva vilayətinə anormal dərəcədə çox yağış yağıb. Bu da iyul üçün gözlənilən ümumi miqdarın 84%-ni təşkil edir.
Həmçinin fövqəladə hallar xidmətləri Moskva vilayətinin Naro-Fominski rayonunda güclü yağışlar nəticəsində körpünün uçması səbəbindən üç yaşayış məntəqəsi ilə əlaqənin kəsildiyini bildirib. Xilasedicilər yerli sakinləri qayıqla aparırlar.
Məlumata görə, Moskvada metronun "Skolkovo" stansiyasının damından su sızıb. Metronun "Pavşino" stansiyasındakı yeraltı keçidi su basıb və tamamilə bağlanıb.
Bəzi yaşayış komplekslərində avtomobil dayanacaqları suyun altında qalıb. Moskvanın mərkəzində leysan yağışlar səbəbindən təcili yardım maşını da suya batıb.
Proqnozlara görə, Moskvada ildırım və sürəti 15 m/san-ə çatan küləklə müşayiət olunan şiddətli yağış günün sonuna qədər dayanmayacaq.
Bizim.Media