Leysan yağışları səbəbindən Moskva küçələrini yenə su basıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Fobos” hava mərkəzi son sutka ərzində Moskvaya aylıq normanın 25 faizi qədər yağış yağdığı barədə məlumat yayıb.
Moskva Nəqliyyat Departamenti isə pis hava şəraiti səbəbindən yerüstü nəqliyyatın hərəkətində problemlərin yaranacağını istisna etməyib.
Xatırladaq ki, Moskvada iyulun 15-i və 19-da da analoji vəziyyət yaranmışdı.