Sosial şəbəkələrdə Daşkənd küçələrinin birində yolun ortasında “Cobalt” markalı avtomobilin alışması ilə bağlı məlumat yayılıb.
Qaziler.az bildirir ki, hadisə şahidinin hadisə yerindən çəkdiyi video UzNews.uz-a daxil olub.
Daşkənd Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Çilanzar rayonu ərazisindən keçən Kiçik Dairəvi Yolda avtomobildə yanğın baş verməsi barədə idarəyə məlumat daxil olub.
Yanğınsöndürmə və xilasetmə qrupları hadisə yerinə gəlib. Yanğın söndürülüb.
Həmçinin 4 nəfərin yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.
QAZİLER.AZ
