RU

27 yaşlı çilingəri cərəyan vurub

Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlu işlədiyi sənaye müəssisəsində xəsarət alıb. Hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Bakues.az xəbər verir ki, elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılovu iş zamanı ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurub. Nəticədə o, müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Избранный
39
50
icma.az

10Источники