RU

Türkiyə və İraq arasında neft müqaviləsi başa çatır

Türkiyə ilə İraq arasında 1973-cü ildən qüvvədə olan Xam Neft Boru Kəməri Müqaviləsi 27 iyul 2026-cı ildə başa çatacaq.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Müvafiq olaraq, Türkiyə-İraq Xam Neft Boru Kəməri Müqaviləsi, Xam Neft Boru Kəməri Protokolu və digər əlaqədar müqavilə və protokolların müddəti 27 İyul 2026-cı il tarixindən etibarən başa çatacaq.

Qeyd edək ki, xəttin birinci fazası iki ölkə arasında 1973-cü il avqustun 27-də imzalanmış Xam Neft Boru Kəməri Sazişinə əsasən 1976-cı ildə istismara verilib. Müqavilə 2010-cu ildə yenilənib və 15 il müddətinə uzadılıb.

 

Gözəl Azadəliyeva

Избранный
29
50
operativmedia.az

10Источники